XƏBƏRLƏR

Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Yevlaxda vətəndaşları qəbul edib

Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Yevlaxda vətəndaşları qəbul edib

Sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev dekabrın 13-də Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Yevlax, Kəlbəcər, Füzuli və Bərdə  rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, arı xəstəliklərinə qarşı mübarizə tədbirləri, arıçılıq təsərüffatlarının sığortalanması, toxumçuluq fəaliyyətinə dair şəhadətnamənin vaxtının uzadılması  və digər məsələlərlə bağlı olub. AXA sədri Sərdar Hacıyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi üzrə müvafiq izahatlar verilib, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Sərdar Hacıyev vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Digər xəbərlər

img
  • Bizi izləyin

Copyright © 2023 AVC Agro

img